20 
Mar
2020
12:52
7717

Gürcüstana daxil olanların nəzərinə, yeni qanun qəbul edildi: Artıq hərkəs karantinə alınacaq

Hökumət Administrasiyasında Koordinasiya Şurasının iclasında Sarpi, Lars və Qırmızı Körpü gömrük keçid məntəqələrində karantin zonalarının yerləşdirilməsi tapşırılıb. Bildirilir ki, ölkəyə daxil olan bütün vətəndaşların məcburi karantin altına alınması haqda qərar qəbul edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə naziri Ekaterine Tikaradzenin bildirib.

“Bu gün Baş nazirlə görüş keçirildi. Bu vəziyyətdə vacib olan bütün detalları araşdırdıq. Bir neçə yeni ehtiyac müəyyən edilmişdir. Məsələn, Sarpi, Lars və Qırmızı Körpü kimi gömrük keçit məntələqələrindən vətəndaşlarımızın torpaqlara giriş axını artdı, bunun üçün ölkə ərazisinə daxil olan şəxslərin karantinə yerləşdirilməsi məqsədi ilə Baş nazirin göstərişi əsasında “Qırmızı Körpü”, Sarp və Lars gömrük keçid məntəqələri yaxınlığında karantin bölgələri yaradılıb. Bu qərar bütün vətəndaşlara qayğı göstərmək və vətəndaşların təhlükəsizliyi üçündür", - nazir bildirib.

Bizimlə əlaqə saxlayın