22 
Fev
2021
15:18
552

Tbilisidə Nəriman Nərimanovun kitabı çap edildi

Tbilisidə Nəriman Nərimanovun kitabı çap edildi.

Interpress.ge xəbər verir ki, bu haqda “Nəriman Nərimanov Muzeyi” adına facebook səhifəsi məlumat verib.

Görkəmli ictimai-siyasi xadim, müəllim, həkim, yazıçı, publisist, dramaturq Nəriman Nərimanovun əsərləri ilk dəfə olaraq gürcü dilinə tərcümə edilmişdir.

Oxuculara təqdim olunan bu kitabda ədibin “Nadanlıq”, “Nadir şah” pyesləri və “Bahadır və Sona” romanı iki dildə - Azərbaycan və gürcü dillərində işıq üzü görmüşdür.

N.Nərimanov ilk qələm təcrübəsi olan “Nadanlıq” əsəri Gürcüstanda yazmışdır.

O, “Nadir şah” əsəri ilə Azərbaycan ədəbiyyatında ilk tarixi faciənin, “Bahadır və Sona” əsəri ilə ilk milli romanın əsasını qoyub.

Qeyd edək ki, lahiyənin və ön sözün müəllifi iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayevadır.

Əsərləri gürcü dilinə filoloq Oktay Kazımov tərcümə edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər