22 
Fev
2021
14:50
1040

Qaribaşvili parlamentdə çıxışı zamanı Azərbaycan haqda danışdı

“Azərbaycan Gürcüstanın strateji müttəfiqi və çox yaxın dostudur”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirliyinə namizəd İrakli Qaribaşvili bildirib.

İrakli Qaribaşvili "David Qareci" məsələsində Azərbaycan tərəfi ilə aparılan danışıqların yaxşı nəticələr verəcəyinə ümid bəslədiyini bildirib.

Onun sözlərinə görə, vəzifəyə təsdiqləndikdən sonra ilk səfərini Azərbaycana edəcək.

“Hər şeydən əvvəl, əlbəttə ki, Azərbaycan bizim çox yaxın dostumuz, strateji tərəfdaşımızdır, mənim də çox yaxşı münasibət qurduğum, müdrik bir prezident, cənab Əliyev tərəfindən idarə olunur və yəqin ki, ilk səfərlərimdən biri də Azərbaycana olacaq. Azərbaycanla dialoq quracağıq və inanıram ki, cənab Əliyev və dostumuz Azərbaycan tərəfi ağlabatan bir qərar verəcək, biz də ağlabatan qərarlar verəcəyik və danışıqlar apara biləcəyik", - dedi Qaribaşvili.

Bizimlə əlaqə saxlayın