22 
Fev
2021
12:35
253

"İSFED"ə yeni icraçı direktor təyin edildi

Ədalətli Seçkilər və Demokratiya Cəmiyyətinin (ISFED) yeni icraçı direktoru vəzifəsinə Nino Dolidze təyin edildi.

InterPress.ge xəbər verir ki, Nino Dolidze, təşkilatın idarə heyəti tərəfindən sözügedən vəzifəyə seçilib.

Təşkilatdan verilən məlumata görə, Nino Dolidze ictimai siyasətdə magistr dərəcəsinə malikdir. Müxtəlif yerli və beynəlxalq təşkilatlarda 14 illik təcrübəyə malikdir.

Son 8 ildə Beynəlxalq Respublika İnstitutunda seçki proqramının rəhbəri vəzifəsində çalışıb. Nino Dolidze 22 Fevral 2021-ci ildən bəri vəzifədədir.

Xatırladaq ki, Elene Nijaradze 24 dekabrda ISFED-in icraçı direktoru vəzifəsindən istefa etdi və istefası parlament seçkilərinin paralel səs saymanın nəticələrinə dair düzəldilmiş məlumatların yayımlanması ilə bağlıdır.

Bizimlə əlaqə saxlayın