1 USD = 3.32 GEL 1 1 EUR = 3.964 GEL 1 AZN = 1.951 GEL 1 TRY = 0.442 GEL 1 RUB = 4.452 GEL
22 
Fev
2021
11:46
568

İrakli Qaribaşvili: "Bu 30 il ərzində çox səhv etdik, nəticələrini bu gün görürük"

"Çox şeyi biz özümüz, bəzisi təcrübəsizliyindən, bəzisi cahilliyindən, şüurlu və ya şüursuz, bəziləri də ticarət məqsədləri üçün, son 30 il ərzində vətənimizi pis idarə etdik".

InterPress.ge xəbər verir ki, Gürcüstanın Baş nazirliyə namizəd İrakli Qaribaşvili bu barədə parlamentdə, "Gürcü Arzusu" fraksiyasının üzvləri qarşısında çıxışı zamanı bildirib.

"Ötən illər həyatımızın və ölkə tariximizin bir parçasıdır, əlbətdə ki, bir çox yaxşı hadisələr, nailiyyətlər, əvəzolunmaz təcrübələr olduğuna görə onlar bizim üçün çox qiymətlidir, lakin birbaşa demək lazımdır ki, bu 30 il ərzində çox səhv etdik, nəticələrini bu gün görürük. Əlbəttə, həm daxili, həm də xarici düşmən kimi ölkəmizin yaxşılığını istəməyənlərdə var, amma həqiqəti söyləməliyik ki, vətənimizi bəzi şeyləri biz özümüz, bəzilərimiz təcrübəsizlik, bəziləri cəhalət, şüurlu və ya şüursuz olaraq, bəzisi də ticarət məqsədləri ilə 30 ildə pis idarə etdik", - dedi Qaribaşvili.

Bizimlə əlaqə saxlayın