Tikaradze Kobuletidə baş verən faciəyə münasibət bildirdi
"Uşaqlara qayğı idarənin əsas prioritetlərindən biridir".
InterPress.ge xəbər verir ki, İşğal olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial İşlər Nazirliyinə namizəd Ekaterine Tikaradze Kobuletidə baş verən faciə ilə əlaqədar danışıb.
“Uşaqlara qayğı idarəmizin əsas prioritetlərindən biridir. Resurslarımız maksimum dərəcədə uşaq hüquqlarını və onların maraqlarını qorumağa yönəlsə də, təəssüf ki, hələ də ciddi problemlərlə üzləşirik. Bunu Kobuleti bölgəsində baş verən faciə sübut edir, bunun üçün dərin kədərimi bildirmək istəyirəm. Bu hadisə bizə sistemin gücləndirilməsinə və zorakılığa qarşı çoxsahəli iştirakın vacibliyinə dair bir siqnal verdi", - dedi İşğal olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Məsələlər Naziriliyinə namizəd Ekaterine Tikaradze.


