Vaxtanq Qomelauri: "Oğru dünyası" ilə barışmaz mübarizəni davam etdiririk"
"Nazirlik gələcəkdə də "oğru dünyası" ilə "barışmaz" mübarizəni davam etdirəcək".
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinə namizəd Vaxtanq Qomelauri qanunverici orqanda, komitələrin birgə iclasında deyib.
"Nazirlik "oğru dünyası" ilə barışmaz mübarizəsini davam etdirir. Aktiv tədbirlər həm ölkə daxilində, həm də xaricdə xarici həmkarlar ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir", - dedi Vaxtanq Qomelauri.
Qomelaurinin dediyinə görə, idarə insan alverinə qarşı mübarizəni davam etdirir.
Qomelauri, narkotik cinayətlərinə qarşı mübarizəni prioritetlərdən biri adlandırıb.
"2020-ci ildə 71 narkotik satıcısı narkotik satışına görə, cinayət məsuliyyətinə cəlb olundu. Narkotik cinayətləri sahəsində əsas problem, dünyada son zamanlarda artan tendensiyaya malik olan onlayn narkotik ticarətidir. Bu çağırışa cavab olaraq Mərkəzi Cinayət Polis İdarəsi internet və poçt göndərişləri vasitəsi ilə narkotiklərin və yeni psixoaktiv maddələrin yayılmasına qarşı mübarizə aparan ixtisaslaşmış vahid yaratdı, hansı ki, əməkdaşlar mütəmadi olaraq hazırlanır", - dedi Qomelauri.


