21 
Fev
2021
17:40
1288

Məhdudiyyətlərin ləğv olunması tələb olunur

"Sosial Partlayışlar" hərəkatının üzvləri Rike Parkda toplaşaraq etiraz aksiyası keçiriblər.

InterPress.ge xəbər verir ki, etirazçılar avtomobillərlə Rike Parkdan İlk Respublika Meydanına doğru yürüş ediblər.

Etirazçılar mövcud koronavirus qaydalarının ləğv edilməsini və iqtisadiyyatın açılmasını tələb edirlər. Ölkənin qismən açılmasının kifayət olmadığını və məhdudiyyətlərin tamamilə qaldırılmalı olduğunu bildiriblər.

Etirazçılar arasında dağ-xizək sahəsinin, nəqliyyat şirkətlərinin, turoperatorların nümayəndələri var idi.

"Əsas tələb dərhal bütün sahələrin açılmasıdır. Sərt qaydalara hazırıq. Hər itirilən gün hər sahə üçün ölümdür. Fəaliyyət planımız hökuməti əvvəlcə qış mərkəzlərini açmalı olduqlarını başa düşmək üçün məlumatlandırmaqdır, çünki təxminən üç həftə qalıb və teleferik açılmasa bir çox insanın ciddi problemləri olacaq", - dedi etirazçılardan biri.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər