Polis 10 yaşlı qıza qarşı cinsi cinayət törədən şəxsi saxladı - VİDEO
Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları, keçirilmiş əməliyyat və istintaq tədbirləri nəticəsində, ailədə zorakılıq, təhdid və azyaşlıya qarşı törədilmiş cinsi cinayət ittihamı ilə əlaqədar, 1990-cu il təvəllüdlü Q.İ-ni Laqodexidə saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayır.
"İstintaq müəyyənləşdirdi ki, təqsirləndirilən şəxs azyaşlı uşaqlarının iştirakı ilə, arvadına qarşı sistematik olaraq psixoloji zorakılıq edib və bıçaqdan istifadə edərək ölümlə hədələyib. Q.İ. yetkinlik yaşına çatmayan uşaqlarına da zorakılıq edib.
İstintaq ayrıca, təqsirləndirilən şəxsin ailəsinə qonaq gələn 10 yaşlı qıza qarşı cinsi cinayət törətdiyini də müəyyənləşdirdi.
Gürcüstan Cinayət Məcəlləsinin 11-151-ci maddəsinin 2-ci hissəsinin "d" bəndinə, 126-cı maddənin 2-ci hissəsinin, "a", "b" və "q" bəndlərinə və 137-ci maddənin 4-cü hissəsinə "d" bəndinə əsasən istintaq aparılır.
Cinayət 15 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutur", - məlumatda bildirilib.


