1 USD = 3.32 GEL 1 1 EUR = 3.964 GEL 1 AZN = 1.951 GEL 1 TRY = 0.442 GEL 1 RUB = 4.452 GEL
20 
Fev
2021
13:45
197

Apple yeni Magsafe üzərində işləyir

Bloomberg-in  yayımladığı hesabata görə, Apple MagSafe sistemindən istifadə edərək iPhone 12-ə simsiz qoşula bilən batareya aksesuarı üzərində işləyir.

InterPress.ge xəbər verir ki, Apple keçən oktyabr ayında iPhone 12 seriyasının bir hissəsi olaraq MagSafe şarj cihazını təqdim edib. Ən azı bir ildir üzərində iş gedən batareya dəsti bir sıra maqnit MagSafe aksesuarlarına qoşulur.

Yeni MagSafe batareya paketinin isə yalnız əlavə şarj təmin edəcəyi və əvvəlki iPhone batareya əlavələri kimi tam qoruyucu funksiyasını ehtiva etmədiyi bildirilir. Bundan əlavə, Bloomberg-ə görə, aksesuarın bəzi prototipləri ağ kauçukdan hazırlanıb. Proqram təminatı və digər problemlərə görə, batareya paketi üzərində işlərin ləngitdiyi qeyd edilir. Hətta buna görə, aksesuarın gecikmə və ya ümumiyyətlə buraxılmaması ehtimalı da var.

Bizimlə əlaqə saxlayın