1 USD = 3.326 GEL 1 1 EUR = 4.032 GEL 1 AZN = 1.954 GEL 1 TRY = 0.45 GEL 1 RUB = 4.463 GEL
20 
Fev
2021
09:59
643

Dünyanın ən etibarlı avtomobilləri açıqlandı

Amerikanın “J.D. Power” şirkəti müxtəlif avtomobil markalarının etibarlılığının tədqiqatını aparıb.

InterPress.ge xəbər verir ki, bununla bağlı məlumat şirkətin saytında yerləşdirilib.

Analitiklər buraxılış tarixi 2018-ci il olan 33 251 avtomobilin sahibi arasında sorğu keçiriblər. Suallar son 12 aylıq istifadədə yaranan problemlərə aid olub və səkkiz əsas kateqoriya üzrə toplanılmış 177 spesifik problemi əhatə edib.

Ən etibarlı marka kimi “Lexus” şirkətinin avtomobili tanınıb. Siyahıda ikinci yerdə “Porsche” avtomobilləri qərarlaşıb, üçüncü yeri isə “Kia” maşınları tutub. Bu halda tədqiqatın müəllifləri qeyd ediblər ki, Koreya istehsalçısı kütləvi bazarın markaları arasında ən yüksək yeri tutub.

İlki beşliyə həmçinin “Toyota”, “Buick” və “Cadillac” da daxil olub.

Şirkətdə həmçinin qeyd ediblər ki, analitik nəticələr əvvəlki illərlə müqayisədə avtomobillərin etibarlılığının səviyyəsinin əhəmiyyətli artımını göstərib.

Bizimlə əlaqə saxlayın