19 
Mar
2020
19:40
2053

Gürcüstan vətəndaşları xarici ölkələrdə koronavirusa yoluxub

Gürcüstanın Xarici İşlər naziri, Davit Zalkaliani xarici ölkələrdə koronavirusa yoluxmuş Gürcüstan vətəndaşlarının sayı barədə məlumatların Gürcüstan konsulluqları və səfirliklərinin qeydlərinə əsaslandığını bildirib.

InterPress.ge xəbər verir ki, Yunanıstan, İtaliya, İspaniya və Almaniyada Gürcüstan vətəndaşlarının koronavirusa yoluxması ilə bağlı bir neçə hal qeydə alınıb.

“Gürcüstan vətəndaşları haqqında məlumata sahibik, təbii ki, bu məlumatlar konsulluqlarımızın və səfirliklərimizin qeydlərinə əsaslanır. Bu, bir tək səfirlik və konsulluqlara bir başa müraciət edənlərin zənglərindən asılıdır.

Yunanıstanda, İtaliyada, İspaniyada və Almaniyada bir neçə hal qeydə alınıb. Bütün bu hallar ciddi şəkildə qeydə alınır. Təbii ki, Xəstəliklərə Nəzarət üzrə Mərkəz ilə də əlaqədəyik və qeyd etdiyim xidmətlərin yaradılması bu məqsədə xidmət edir “, - deyə Davit Zalkaliani bildirib.

Nazirin izahatına görə, Gürcüstanın hüdudlarından kənarda koronavirusa yoluxmuş Gürcüstan vətəndaşları, gürcü mütəxəssislərdən müvafiq tövsiyə ala bilmə imkanına sahib olacaqlar.

“Qeydə aldığımız bütün insanlar, ev şəraitində təcrid vəziyyətindədirlər. Çünki, Avropanın bir çox ölkəsində xəstəxanalar, insanların yoluxub-yoluxmamasından, simptomların olub-olmamasından asılı olmayaraq, onlara ev şəraitində tövsiyələr verirlər. Buna görə də, biz onların hamısını Xəstəliklərə Nəzarət üzrə Mərkəz ilə əlaqələndirəcəyik ki, onlar konkret hallar ilə bağlı artıq Tbilisidən, bizim mütəxəssislərimizdən müvafiq tövsiyələr ala bilsinlər”, - deyə Davit Zalkaliani bildirib.

Bizimlə əlaqə saxlayın