19 
Fev
2021
18:19
479

Parlament qarşısındakı aksiyada saxlanılanların sayı 20 nəfərə çatdı

Parlament qarşısında keçirilən aksiya zamanı 20 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

20 nəfərin hamısı İnzibati Məcəllənin qanuni əmrinə və ya hüquq-mühafizə orqanının əməkdaşının tələbinə tabe olmamağı nəzərdə tutan 173-cü maddəyə əsasən saxlanılıb.

Məlumat üçün bildirək ki, aktivistlərlə hüquq-mühafizə orqanları arasında qarşıdurma polisin aktivistlərə çadır qurmasına icazə verməməsindən və çadırları aparmasından sonra başlayıb.

Aktivistlər polislərdən çadırlarının harada olduğu ilə bağlı cavab tələb edirlər. Hazırda aksiya yerindəki vəziyyət gərgindir, təhlükəsizlik tədbirləri gücləndirilib. "Milli Hərəkat"ın üzvləri Levan Xabeişvili və Qiorqi Kapanadze aksiya yerindədirlər.

Bizimlə əlaqə saxlayın