19 
Fev
2021
15:12
788

Gürcüstan Banklar Birliyi istehlakçıları xəbərdar edir

Gürcüstan Banklar Birliyi istehlakçıları yeni kiber fırıldaqçılıq sxemi barədə xəbərdar edir.

InterPress.ge xəbər verir ki, son vaxtlar ölkədə kiber fırıldaqçılıq halları artıb.

Kiber cinayətkarlar yeni sxemlərə əl atırlar, bu səbəbdən də zərərçəkənlərin sayı artır.

“Bu dəfə sizə zərərçəkənlərin kripto valyuta alverçiləri və bank hesabı olan istifadəçilər olduğu yeni sxem barədə məlumat vermək istəyirik. Xüsusilə, sxemə görə, kiber cinayətkar ticarətçi ilə Telegram Messenger və ya digər şübhəli nüfuzu olan platforma ilə əlaqə saxlayır və onunla kripto valyutasını almaq barədə razılaşır. Razılaşmadan sonra saxtakar zərərçəkənin hesabından onun icazəsi olmadan məbləği kriptovalyuta alverçisinin hesabına köçürür və ondan müvafiq miqdarda kripto valyuta alır. Bu saxta sxemdə zərərçəkən həm hesabından qanunsuz olaraq pul köçürülən müştəri, həm də kriptovalyuta alverçisidir, çünki müqaviləyə əsasən bank köçürülmüş şübhəli məbləği köçürənin hesabına geri qaytarır. Sxemə görə, kiber cinayətkarlar Google axtarış sistemində saxta saytları da reklam edir və bu şəkildə istifadəçiləri aldatmağa çalışırlar. Bu cür saxta səhifələrin ünvanları çox vaxt kommersiya banklarının həqiqi internet bankçılıq ünvanlarına bənzəyir. Dələduzlar saxta veb saytına keçid daxil edərək istifadəçi adından və şifrəsindən sui-istifadə edirlər.

Özünüzü kiber cinayətlərdən mümkün qədər qorumaq üçün, kiber gigiyena qaydalarına riayət edin:

Kripto valyutası almaq üçün sizinlə əlaqə quran şübhəli və ya bilinməyən insanlara etibar etməyin;

Sizə pul köçürən və kripto valyutası satdığınız şəxsin həqiqətən eyni şəxs olduğunu yoxlayın və əmin olun;

Şübhəli internet səhifələrinə keçməyin.

Kursoru linkə aparmaqla veb saytın faktiki ünvanı göstərilir;

Şifrənizi daxil etdiyiniz veb sayt ünvanına diqqətlə baxın.

İnternet Bankçılığından istifadə etmək üçün Google axtarış qutusunda hər hansı bir bankın adını axtarmaq yerinə veb ünvanını birbaşa axtarış yerinə daxil edin;

Mobil cihazınızda mobil bank tətbiqetməsindən istifadə edin.

Kiber cinayətkarların sizi yaxşı tanıdığınız bir görüntü ilə aldatmağa çalışdıqlarını unutmayın. Buna görə sizə şübhəli görünən hər şeyi yoxlamaq lazımdır. Yalnız bu şəkildə riskləri minimuma endirə biləcəksiniz"- deyə bank assosiasiyasının açıqlamasında bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər