Tbilisidə Kür çayının sağ sahilində avtomobil qəzası baş verib.
InterPress.ge xəbər verir ki, hadisə zamanı iki avtomobil bir-biri ilə toqquşub.
Verilən məluma görə, qəza nəticəsində avtomobillərdə oturan şəxslər yüngül xəsarət alıblar.
Hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin ikinci hissəsi ilə başladılıb.
Bu maddə sağlamlığa daha az ciddi ziyan vurmaqla nəticələnən yol təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə tutur.
