19 
Fev
2021
08:29
982

Marneuli merinin səlahiyyətlərinin icraçısı hansı əmlaka sahibdir

Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze 3 945 kv.m. torpaq sahəsinə malikdir. Tabatadzenin 2020-ci ilin 28 may tarixində yayımaldığı əmlak bəyannaməsinə əsasən üç torpaq sahəsi və bir mənzili var.

Bu barədə InterPress.ge marneulifm-ə istinadən xəbər verir.

Belə ki, Tabatadze 1990-cı ildə Tbilisi şəhərində yerləşən 88 kv.m sahəsi olan mənzili 200 000 lariyə alıb. O, 1999-cu ildə Lançxutinin Qriqoleti kəndində 300 kv.m torpaq sahəsini 1500 dollara, 2005-ci ildə isə Mtsxeta bələdiyyəsinin Misaktsieli kəndində 1500 kv.m torpaq sahəsini 3500 dollara alıb.

Tabatadzenin əmlakına Marneuli bələdiyyəsinin Tsereteli kəndində yerləşən 2 145 kv.m torpaq sahəsi də daxildir. O, torpaq sahəsini 2006-cı ildə 7500 dollara alıb.

Marneuli merinin səlahiyyətlərinin icraçısının həyat yoldaşının adına daşınmaz əmlak yoxdur. Ancaq onun qızı Tbilisidə yerləşən 56,6 kv.m sahəsi olan mənzilə sahibdir. O, mənzili 2018-ci ildə 81 000 dollara alıb.

Z. Tabatadze daşınar əmlak kimi 1996-cı il istehsalı olan Mercedes Benz avtomobilinə sahibdir. O, maşını 2005-ci ildə 5000 dollara alıb.

O, “Gürcüstanda cins heyvandarlıq” MMC-nin 14,28%, “Gürcüstanda mezonin” MMC-nin 30%-lik səhmlərinə sahibdir. Zaur Tabatadze “Lomtaqora 2000” MMC-nin ortağıdır. Ancaq əmlak bəyannaməsində qeyd edib ki, həmin şirkətdə 0%-lik səhmə sahibdir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər