19 
Mar
2020
14:17
919

İrakli Çikovani: "Biz əlimizdən gələnin edirik, lakin mövcud təcrübə, Gürcüstanda bu xəstəliyə yoluxanların sayının artacağını göstərir"

"Təəssüflər olsun ki, biz virusun yayıldığı bir vaxtdayıq, bu isə Gürcüstanda koronavirusa yoluxanların sayının artacağı deməkdir".

InterPress.ge xəbər verir ki, bu barədə baş nazirin müşaviri, İrakli Çikovani bildirib.

“Biz və tibb sektoru əlimizdən gələnin maksimumunu edirik ki, bu tədbirlər effektiv olsun, lakin mövcud təcrübə , Gürcüstanda bu xəstəliyə yoluxanların sayının artacağını göstərir.

Bildiyiniz üzrə, bir neçə həftədir ki, hökumət tərəfindən verilmiş qərar və görülən tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən , eləcə də bu sahədə fəaliyyət göstərən müxtəlif təşkilatlar tərəfindən müsbət qiymətləndirilmişdi. Lakin təəssüflər olsun ki, vətəndaşlarımızın bu cür qərarlara tabe olmaması faktları da müşahidə olunur, bu isə hər birimiz üçün təhlükə yaradır.

İstifadə olunan və bizim üçün zəruri olan bütün məhdudiyyətlərə tabe olmalıyıq, evdə qalmalı və insanlar ilə təmasdan çəkinməliyik ki, koronavirusu dəf edə bilək", - deyə Çikovani bildirib.

Bizimlə əlaqə saxlayın