Nika Melia Qaxarianın istefasına münasibət bildirdi
"Qiorqi Qaxarianın bu addımı təqdirəlayiqdir, lakin indi birləşmiş müxalifət "Gürcü Arzusu" rejiminin nümayəndələrindən yeni seçkilər tələb edir".
InterPress.ge xəbər verir ki, "Birləşmiş Milli Hərəkat"ın sədri Melia brifinqdə bu barədə açıqlama verib.
Melianın qeyd etdiyinə görə, dərhal tərəflər arasında görüş keçirilməsi lazımdır.
"Cənab Qaxaria ikinci dəfə qan tökülməsinə doğru addım atmadı, bəlkə də onu öz komanda üzvləri buna çağırırdı. Qaxarianın 20 İyunla əlaqədar kifayət qədər siyasi və qeyri-siyasi günahı var. Təbii ki, o heç vaxt bu ləkəni yuya bilməz, amma cənab Qaxarianın istefa etməsi, qan töküləcəyini və şiddət olacağını praktik olaraq qəbul etməsidir. Əlbətdə ki, bu addım təqdirəlayiqdir, lakin bu, işə kömək etmir. İndi işə sürətli hərəkət kömək edəcək, təcili olaraq ümumi müxalifət hərəkatı, səfirlərin iştirakı ilə, rejim nümayəndələri ilə yalnız bir mövzuda görüş tələb edir-yeni seçkilər" - dedi Melia.


