18 
Fev
2021
10:58
464

Daxili İşlər Nazirliyi müxalifət nümayəndələrinə xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyi Nika Melia ilə bağlı qərarın icrasına dair açıqlama yayıb.

InterPress.ge xəbər verir ki, açıqlamada bildirilir:

“İctimaiyyət Tbilisi Şəhər Məhkəməsinin Hakimi Nino Çaxnaşvilinin Nika Melia ilə əlaqədar 17 fevral tarixli qərarından xəbərdar oldu, hansı ki, icrası Daxili İşlər Nazirliyinə həvalə olundu.

Konstitusiyaya görə məhkəmə qərarlarının icrası bütün vətəndaşlar üçün məcburidir. Məhkəmə qərarına əməl etməmək və ya icrasına mane olmaq qanunla cəzalandırılır.

Siyasi partiya nümayəndələrini və tərəfdarlarını dinc şəkildə etiraz etməyə, zorakı hərəkətlərdən çəkinməyə və məhkəmə qərarının icrasında polis nümayəndələrini maneə törətməməyə çağırırıq.

Törədilən hər hansı bir zorakılıq cəhdi polis tərəfindən dərhal dayandırılacaq və ictimai asayişi pozan hər kəsə qanunun bütün qüvvəsi ilə cavab veriləcək", - deyilir açıqlamada.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər