18 
Fev
2021
10:09
770

Gürcüstanda koronavirusla bağlı son vəziyyət

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 365 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 267 313nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 539 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 260 266 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 9 nəfər ölüb və ölənlərin ümumi sayı 3 399 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 17 188 test aparılmışdır. Bunlardan 9 866-sı sürətli antigen testi, 7 322-si isə PCR testidir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər