Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Kardioloq: “Çox yatmaq insulta səbəb ola bilər”

672
Kardioloq: “Çox yatmaq insulta səbəb ola bilər”
Dinləmək üçün basın

Rusiyalı kardioloq Filip Kopılov müntəzəm olaraq səkkiz saatdan çox yatan insanlarda insult riskinin daha çox olduğunu deyib.

Rusiyalı kardioloq Filip Kopılov müntəzəm olaraq səkkiz saatdan çox yatan insanlarda insult riskinin daha çox olduğunu deyib.

InterPress.ge xəbər verir ki, bu barədə “Moskva” Şəhər Xəbər Agentliyi məlumat yayıb.

“Standart yuxu yeddi-səkkiz saat arasındadır. Əgər göstərici dəyişərsə, bu, insult riskinin artması ilə əlaqədardır” - deyə həkim bildirib.

Onun sözlərinə görə, çox yatmağın niyə insulta gətirib çıxaracağına dair birmənalı açıqlama yoxdur:

“Ancaq həqiqətən çox uzun və ya çox az yatan xəstələrdə insult riskinin artması müşahidə olunur”.

Həm də növbə ilə işləyən, bəzən gecə yatan, bəzən yatmayan insanlar insult riski altındadırlar.

İnsult riski yuxu apnesini - yuxu zamanı tənəffüsün kəsilməsini də artırır. Bu əsasən artıq çəkili insanlarda olur, buna görə də artıq çəki insult riskini artırır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiDürdanə Xudiyeva

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →