InterPress.ge xəbər verir ki, qəza nəticəsində təxminən 15 avtomobilə ziyan dəyib və bir neçə nəfər yüngül xəsarət alıb.
Məlumata görə avtomobil evakuatorla toqquşub. Toqquşmanın qarşısını almaq üçün arxadan gələn avtomobillər manevr etməyə çalışsalar da, yol sürüşkən olduğu üçün yoldan çıxıblar.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin ikinci hissəsi ilə istintaqa başladıb.
