17 
Fev
2021
23:15
794

Nika Melianın vəkili açıqlama verdi

"Məhkəmənin bugünkü qərarı ölkəmizin demokratik inkişafını təhlükəyə atdı".

InterPress.ge xəbər verir ki, "Birləşmiş Millət Hərəkat"ın sədri Nika Melianın vəkili Qiorqi Kondaxaşvili məhkəmə qərarını qiymətləndirərkən bu barədə açıqlama verib.

Onun sözlərinə görə, ilk dəqiqələrdən məhkəmənin Nika Melianı həbs cəzasına məhkum etməsinə qərar verdiyi aydın olub.

“Bu gün Nika Melia ilə bağlı heç bir qərar verilmədi, bu, ölkəmizin demokratik inkişafını birmənalı şəkildə təhlükəyə atan bir qərardır. Məhkəmə ilə bağlı gözləntilərimin belə olmamasını çox istəyirdim, amma özünü doğrultdu.

Məhkəmədə mövqelərimizi çox açıq göstərmək, bütün qanuni dəlilləri təqdim etmək və işimizin nə ilə bağlı olduğunu ictimaiyyətə aydınlaşdırmaq üçün əlimizdən gələni etdik. Təəssüf ki, məhkəmə ilk dəqiqələrdən etibarən artıq qərar verdikləri hissi ilə gəldi. Bunu məhkəmə qərarı elan edilməzdən əvvəl xüsusi təyinatlıların səfərbərliyi sübut etdi" - dedi Kondaxaşvili.

"Birləşmiş Millət Hərəkat"ın sədri Nika Melia, həbs qətimkan tədbiri olaraq Tbilisi Şəhər Məhkəməsi tərəfindən həbs cəzasına məhkum edildi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər