17 
Fev
2021
17:12
618

Kobuletidə vəfat edən 14 yaşlı qızın babası həbs cəzasına məhkum edildi

Batumi Şəhər Məhkəməsi, zorakılıqda günahlandırılan 14 yaşlı qızın babasına ilkin həbs tətbiq etdi.

InterPress.ge xəbər verir ki, təqsirləndirilən şəxs, cinsinə görə və dözümsüzlük səbəbiylə kiçik nəvəsinə qarşı zorakılıqda və onu öldürməklə hədələməkdə günahlandırılır.

Hakim Violeta Porçxidze, müdafiə tərəfinin 75 yaşlı kişinin zaminə qoyulması barədə vəsatətini rədd edib və prokurorun vəsatəti ilə razılaşıb.

Vəkilin sözlərinə görə, saxlanılan şəxs ittihamın dekabr ayında törədilən yalnız bir epizodunu etiraf edib. Bununla birlikdə, vəkil məhkəmədən təqsirləndirilən şəxsin səhhətinin nəzərə alınmasını xahiş edib.

"Ürəyində bir neçə stend var, dünən vəziyyəti pisləşdi və xəstəxanaya aparmaq lazım oldu. Xəstədir, əmək qabiliyyəti yoxdur və ona qarşı sərt bir qabaqlayıcı tədbirin tətbiq edilməsi haqsızdır. Gizlənmək təhlükəsi yoxdur. İstintaqla əməkdaşlıq edir", - dedi vəkil.

İlkin iclas 6 aprel saat 14.00-a təyin edildi. Elə həmin gün, azyaşlı ilə cinsi əlaqəyə girərək intihara səbəb olduğu üçün istintaqa cəlb olunan Nininin işi üzrə 23 yaşlı gəncin məhkəməsidə keçiriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər