Azərbaycandan hava yolu ilə Gürcüstana səfər edən şəxslərdən tələb edilən sənədlər müəyyənləşib.
InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov bildirib.
Onun sözlərinə görə, Gürcüstana səfər edən şəxslər tamamlanmış vaksinasiya (hər iki dozanın vurulması) haqqında sənəd təqdim etməlidir.
V.Hüseynov əlavə edib ki, quru yolu ilə səfər etmək istəyən şəxslər Gürcüstanın Azərbaycanda yerləşən səfirliyinə (konsulluqlarına) müraciət etməlidir.
