17 
Fev
2021
13:07
663

18 yaşlı qıza təcavüz etməkdə ittiham olunan polis məmuru saxlanıldı

Rustavidə keçmiş qanun icraçısı şiddət, zorakılıq təhdidi və ya zərərçəkənin acizliyini istifadə etməklə törədilən cinsi hərəkət ittihamı ilə saxlanıldı.

InterPress.ge xəbər verir ki, 25 yaşlı gəncə Rustavi Şəhər Məhkəməsi tərəfindən ilkin2 aylıq həbs qətimkan tədbiri seçilib.

18 yaşlı qızın vəkili Ani Kekenadzenin dediyinə görə, keçmiş polis məmuru fakt mətbuatda yayıldıqdan sonra saxlanılıb.

"Bu xəbər 11 yanvar tarixindən bəri davam edir. Bu müddət ərzində nə qız zərərçəkmiş kimi tanınıb, nə də təqsirləndirilən şəxs saxlanılıb. İndi onun sürətləndirilmiş şəkildə saxlanılmasına, yəqin ki, xəbərlərin mediada yayılması səbəb oldu və aktivliyimiz də nəticə verdi. Hələlik ekspertin cavabını gözləyir, amma təsdiqlənmiş təxminlə yenə də saxlanıldı. Ən azından ona qarşı istintaq başlatmaq bizim üçün vacib idi , çünki təhlükələri görürdük",- dedi Ani Kekenadze.

Xatırladaq ki, Rustavidən olan 18 yaşlı qız və ailəsi qızın polis məmuru tərəfindən cinsi istismara məruz qaldığını iddia edib. Zərərçəkənin anasının dediyinə görə, qız hadisə səbəbindən intihara cəhd edib.

Keçmiş qanun icraçısı ittihamı qəbul etmir. Təqsirləndirilən şəxsin vəkili Şota Qelaşvilinin bildirdiyinə görə, qərarı şikayət etməyə hazırlaşır. Onun sözlərinə görə, gənc bunun təxribat olduğunu bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər