Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Eskpert: “Gürcüstanın tranzit funksiyası təhlükədə deyil”

437
Eskpert: “Gürcüstanın tranzit funksiyası təhlükədə deyil”
Dinləmək üçün basın

“Bölgənin logistika xəritəsində yeni marşrutların yaranması Gürcüstanın tranzit potensialına əhəmiyyətli təsir göstərməyəcək”.

“Bölgənin logistika xəritəsində yeni marşrutların yaranması Gürcüstanın tranzit potensialına əhəmiyyətli təsir göstərməyəcək”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Nəqliyyat Dəhlizinin Araşdırma Mərkəzinin rəhbəri Paata Tsaqareişvili deyib.

Ekspert hesab edir ki, yeni dəmir və avtomobil yollarının istismara verilməsi Gürcüstanın tranzit funksiyasının uğurla reallaşdırılmasına maneələr yaratmayacaq.

“Bizim Bakı-Tbilisi-Qars dəmir yolu kimi çox etibarlı dəhlizimiz var və tezliklə Mərkəzi Asiyadan yük axınları bu dəhlizə yönəldiləcək. Gürcüstan həmçinin Rusiyadan “Lars” nəzarət-buraxılış məntəqəsi vasitəsilə çatdırılan yükləri də itirməyəcək. Belə ki, bu istiqamət ən qısa hesab olunur”

Qeyd edək ki, rəsmi Bakı, Moskva və Yerevan Ermənistandan keçəcək dəmir yolunun inşası imkanlarını müzakirə edir. Bu istiqamət Azərbaycanı Naxçıvan şəhəri, həmçinin Rusiyanı Ermənistanla əlaqələndirəcək. Bu ərazidə avtomobil yolunun inşası da müzakirə olunur. Ermənistan və İranın Naxçıvandan keçən dəmir yolu ilə əlaqələndirilməsi imkanı da nəzərdən keçirilir.

(REPORT)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiDürdanə Xudiyeva

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →