17 
Fev
2021
11:21
731

Bu yolda da nəqliyyat vasitələrinin hərəkti qadağan edildi

Rikoti keçidində güclü qar yağır. Güclü qar səbəbiylə mərkəzi magistral yolda, o cümlədən Nataxtaridən Rikoti tuneli də daxil olmaqla məhdudiyyətlər tətbiq edildi.

InterPress.ge xəbər verir ki, yolun bu hissəsində qoşquların və yarımqoşquların hərəkətinə icazə verilmir.

Məlumata görə, Rikoti tunelində texnika işləyir, bütün gecə təmizlik işləri aparılıb.

“Nataxtaridən nəqliyyatın hərəkəti artıq məhdudlaşdırılıb. Bu dəqiqələrdə Rikotiyə də sıx qar yağır. Qar yağması səbəbindən qoşquların və yarımqoşquların hərəkəti qadağandır. Yolu təmizləyirik və digər nəqliyyat növlərinin hərəkətinə çətinlik yaranmaması üçün çalışırıq. Qoniodan Şroşayadək 18 vahid texnika işləyir. Güclü qar səbəbi ilə yolun hərəkət hissəsini tamamilə təmizləmək mümkün deyil”, - dedi Rikoti bölməsinin Texniki Nəzarətçisi Mixeil Dopidze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər