17 
Fev
2021
11:00
742

Gürcüstanda koronavirusla bağlı son vəziyyət

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 486 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 266 948 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 499 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 259 727 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 13 nəfər ölüb və ölənlərin ümumi sayı 3390 nəfər təşkil edib.

Qeyd edək ki, son 24 saat ərzində 12 628 test aparılmışdır. Bunlardan 14 802-si sürətli antigen testi, 6 564-ü isə PCR testidir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər