16 
Fev
2021
20:35
693

Avtomobil qəzası nəticəsində gənc oğlan ağır yaralandı

Ğvarelidə avtomobil qəzası nəticəsində gənc oğlan ağır yaralanıb.

InterPress.ge xəbər verir ki, hadisə şəhərin mərkəzi küçəsində baş verib.

Məlumata görə, BMW markalı avtomobilinin sürücüsü yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücüdə çoxsaylı sınıqlar yaranıb və bu səbəbdən də təcili yardım briqadası tərəfindən rayon xəstəxanasına yerləşdirilib. Həkimlərin sözlərinə görə, səhhətinin vəziyyəti stabil ağırdır.

İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət olub.

Daxili İşlər Nazirliyi hadisə ilə əlaqədar yol təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddənin ikinci hissəsi ilə istintaq başladıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər