Sürücülük vəsiqəsi imtahanları bu tarixdən bərpa olunur
Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi KOVID-19 profilaktika tədbirləri səbəbindən məhdudlaşdırılan bütün xidmətləri Gürcüstan ərazisində 17 fevral tarixindən etibarən bərpa edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə məlumat xidmət agentliyi tərəfindən yayılır.
İdarədən verilən məlumata görə, 17 fevral tarixindən etibarən sürücülük hüququ əldə etmək üçün nəzəri və praktik imtahan vermək mümkün olacaq.
“İstifadəçilər 16 Fevral saat 24: 00-dan etibarən nəzəri imtahanlara elektron qaydada qeydiyyatdan keçmək imkanı qazanacaqlar.
Həmçinin, silahların qeydiyyatı ilə bağlı prosedurlar tamamilə bərpa ediləcəkdir. Maraqlanan şəxslər odlu silah icazəsi qeydiyyat testindən keçə biləcəklər.
Müştərilər xidmətdən Tbilisidə, J. Balançin küçəsində, Axalkalaki və Ambrolaurinin struktur bölmələrində yerləşən xidmət mərkəzində faydalana biləcəklər.
Xidmət Agentliyi tərəfindən verilən arayışlara gəldikdə, ərizələr xidmət mərkəzlərində, habelə elektron şəkildə, məlumat subyekti tərəfindən, Xidmət Agentliyinin veb saytı (sa.gov.ge) vasitəsi ilə qəbul edilir.
Elektron tələb əsasında hazırlanmış sənədlər ərizəni doldurma zamanı qeyd olunan struktur bölməsində verilir.
Xidmət Agentliyi, vətəndaşların təhlükəsizliyi naminə, Gürcüstan Hökuməti İdarələrarası Koordinasiya Şurasının tövsiyələrini tam yerinə yetirir. Agentlik vətəndaşları xidmətdən yararlana bilmək üçün maska ilə gəlməyə çağırır", - deyilir məlumatda.


