16 
Fev
2021
15:02
2223

Gürcüstanın Tik-Tok fenomeninin rəsmi profili bağlandı – Googadan bu haqda AÇIQLAMA

Fevralın 14-ü Tbilisi şəhərinin Poniçala (Soğanlıq) bölgəsindən olan Qoruxmaz Vəliyevin (Googa) Tik-Tokdakı şəxsi hesabı bağlanıb.

Bu barədə Q. Vəliyev InterPress.ge- məlumat verib.

Onun sözlərinə görə, yaxın zamanda hesabında yeniliklər gözlənilir.

Hətta onu da qeyd edir ki, Q.Vəliyevlə problemi olan insanlar onun Tik-Tok hesabını bağlayıb.

“Tik-Tok hesabımı mənimlə davası olan insanlar bağlatdılar. Başqa cür zərər verə bilmirlər və elə bu səbəbdən çıxışı bunda gördülər. Yeni hesab açmaq fikirim yoxdur, səhifəmdə (Googa_official) bərpa işləri gedir. Gələcək zamanda izləyicilərim üçün yeniliklər gözlənilir” – dedi Qoruxmaz Vəliyev.

Qeyd edək ki, o Tik-Tokda "Canım ay Gürcüstan", "Canım ay Azərbaycan" sözləri ilə qısa bir zamanda böyük bir izləyici kütləsi toplamışdır. Onun Tik-Tok hesabında hal-hazırda 200 mindən çox izləyicisi var. Qoruxmaz Vəliyev 1996-cı ilin 21 avgustunda Gürcüstanın Tbilisi şəhərinin Poniçala (Soğanlıq) qəsəbəsində anadan olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər