16 
Fev
2021
14:09
437

Gürcü Arzusunun ofisinin yaxınlığında qarşıdurma baş verdi

"Lelo"nun gənclər təşkilatı üzvlərinin aksiya-nümayiş keçirtdiyi "Gürcü Arzusu" ofisi yaxınlığında kiçik qarşıdurma baş verib.
Etirazçıların dediyinə görə, ölkədə ağır sosial-iqtisadi vəziyyət yaranıb, hansı ki, buna səssiz aksiya ilə etiraz edirlər.

InterPress.ge xəbər verir ki, etirazçılar aksiya yerinə yazısı olan plakatlar aparıblar: "Statusu dayandırılmış tələbələrə dəstək!", "200 lari ilə nə edək?", "Məni tutma", "Boğaza yığdınız", "İflas etdim, acmışam", "Kölələr, yalançılar", "Peyvənd gətirə bilmədiniz!"

Gənclər ətraf əraziyə yazı yazmağa çalışıblar, hüquq-mühafizə orqanları isə onlara icazə verməyib.

"Gürcü Arzusu"nun 8 illik "Balamut"una etiraz edirik, hansı ki, bütün Gürcüstan yaşayır. Bu reallıqda yaşamaq istəmirik. Əhali iflas etdi, insanlar acdır. Bunu xatırlatmaq istəyirik. Bu aksiya daimi olacaq. Hamımız dostumuz müxalifətin aksiyasına qoşuluruq. Nika Melianın işi siyasi məqsəd daşıyır", - "Lelo" gənclər təşkilatının nümayəndəsi Levan Labadze dedi.

Polislə kiçik bir qarşıdurmadan sonra etirazçılar "Gürcü Arzusu" binasının qarşısında, yolda "kölə" yazısı düzəldiblər.

Bizimlə əlaqə saxlayın