16 
Fev
2021
10:16
442

Rustavidə gənc oğlan huşsuz vəziyyətdə tapıldı

Rustavidə 19 yaşlı oğlanı koma vəziyyətində xəstəxanaya çatdırıblar.

InterPress.ge-nin məlumatına görə, oğlan naməlum maddə ilə intoksikasiya alıb.

Məlumata görə, 19 yaşlı oğlan gecə saatlarında huşsuz vəziyyətdə tapılıb və hadisə yerinə təcili yardım briqadası çağrılıb.

Təcili yardım briqadası tərəfindən Rustavi Mərkəzi Xəstəxanasına çatdırılan gənc klinikanın reanimasiya şöbəsində müalicə olunur.

Rustavi Mərkəzi Xəstəxanasından xəstənin dəqiqləşdirilməyən səbəbdən komada olduğu və nəzarət altında olduğu bildirilib.

"19 yaşlı gənc təyin olunmamış koma və tənəffüs çatışmazlığı ilə xəstəxanamıza gətirildi. Xəstə reanimasiya şöbəsinə yerləşdirildi", - dedi klinikanın təcili yardım şöbəsinin müdiri Tea. Gelashvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər