15 
Fev
2021
17:50
1859

İntihar etmiş 14 yaşlı qızın babası saxlanıldı

Daxili İşlər Nazirliyinin Acarıstan Polis İdarəsinin əməkdaşları keçirilən istintaq və əməliyyat tədbirləri nəticəsində Kobuleti Bələdiyyəsində vəfat etmiş 14 yaşlı uşağın ailə üzvünü - 1945-ci il təvəllüdlü S.Ç.-nı hakimin qərarı əsasında saxlayıb.

InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayır.

İdarədən verilən məlumata görə, o ailənin azyaşlısına qarşı təhdid və zorakılıqla ittiham olunur.

“İstintaqda təqsirləndirilən şəxsin azyaşlı nəvəsini hədələdiyi və ona zorakılıq etdiyi məlum oldu. 2006-cı il təvəllüdlü azyaşlı bu il 9 fevralda intihar etdi.

Gürcüstan Cinayət Məcəlləsinin 11-ci prima 151-ci maddəsinin 2-ci hissəsinin "q" və "d" bəndləri, habelə 126-cı prima maddənin 2-ci hissəsinin "a" bəndinə əsasən istintaq aparılır.

Cinayət üç ilə qədər həbs cəzası nəzərdə tutur.

Bu mövzu ilə əlaqədar olaraq daha bir nəfər Daxili İşlər Nazirliyi tərəfindən saxlanılıb. 1997-ci il təvəllüdlü şəxsə on altı yaşına çatmamış şəxslə cinsi əlaqədə olmaq və intihara aparma ittihamı ilə həbs qətimkan tədbiri seçildi”, - deyilir DİN-in məlumatında

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər