15 
Fev
2021
15:07
3018

Gürcüstanda qarşıdakı günlərdə havanın şəraiti necə olacaq? - AÇIQLANDI

Gürcüstanda 16 fevralda yağış, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. 17-18 fevral tarixlərində havanın istiliyi əhəmiyyətli dərəcədə azalacaq. Yağış, qar, duman və dağlıq ərazilərdə qar fırtınası, dənizdə isə 3-4 bal gücündə fırtına olacağı gözlənilir.

InterPress.ge xəbər verir ki, bu haqda Milli Ətraf Mühit Agentliyi məlumat verir.

Verilən məlumata görə, gözlənilən güclü yağış Gürcüstanın qərb hissəsindəki çaylarda suyun səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilər.

Dağlıq ərazilərdə qar uçqunlarının yaranması, torpaq sürüşmələrinin aktivləşməsinə səbəb ola bilər.

Yolların bəzi hissələrində güclü qarın yağması görmə qabiliyyətinin pisləşməsi, qar fırtınaları, uçqunlar səbəbindən nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırılması mümkündür.

Fevralın 19-22-də gecə şaxta, Qərbi Gürcüstanın ovalıqlarında -4, -6, Kvemo Kartli -5, -7 və Şida Kartlidə -11, -13 dərəcə güclənəcək. Kolxeti ovalığında gecə temperaturunun əhəmiyyətli dərəcədə aşağı düşməsi sitrus bitkilərə (xüsusən limon) zərər verə bilər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər