Mərkəz rəhbəri Komendant saatı ilə bağlı açıqlama verdi: "Komendant saatı" nın qaldırılması üçün...”
"Komendant saatı" nın qaldırılması üçün tövsiyə epidemiya vəziyyəti tam sabit olduqda veriləcək".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze Koordinasiya Şurasının iclasından sonra açıqlama verib.
Onun sözlərinə görə, bütün məhdudiyyətlərin bir anda qaldırılması tövsiyə edilmir.
"Komendant saatı" nın qaldırılması üçün tövsiyə epidemiya vəziyyəti tam sabit olduqda veriləcək. Ölkə daxilindəki nisbətlər - yeddi günlük insidentlik, 14 günlük insidentlik, ölüm nisbəti, çarpayı fondu yükü nisbəti, reanimasiyadakı xəstələrin sayı, tənəffüs aparatındakı insanların miqdarı - növbəti addım atmaq üçün imkan verəcəkdir. Bütün məhdudiyyətlərin birdəfəlik qaldırılması tövsiyə edilmir, tədricən edilməlidir, bu gün hərəkətliliyin artmasının ən böyük stimullardan biri olan çox böyük bir məhdudiyyət qaldırıldı. Buna görə vəziyyəti on gün, iki həftə müşahidə etməli və sonra növbəti yumşalma haqda müzakirə etməliyik”, - dedi Amiran Qamğrelidze.


