Marneuli meriyası Könüllü qrup yaradır - Yaşlı vətəndaşlar dərman və zəruri məhsullarla təmin ediləcək
Marneuli meriyası yaşlı vətəndaşlara kömək üçün könüllü qrup yaradır.
Bu haqda InterPress.ge-yə Marneuli meriyasından bildirilib.
Qeyd olunur ki, ölkədə yaranmış vəziyyəti nəzərə alaraq, Marneuli Munisipaliteti özünüidarəetməsi - COVID-19-un yayılmasının prevensiyası çərçivəsində, könüllüləri mobilizə etməyə başlayır. Könüllülər, Munisipalitetdə yaşayan yaşlı vətəndaşları, dərman, zəruri məhsullar və digər fəaliyyətlərlə təmin edəcəklər. İldirilir ki, bu tədbirlər, həssas qrupların özlərini təcrid etmələrinə kömək edəcək.
Meriya bu layihədə iştirak etmək istəyən könülülər axdarır, yüksək sosial və vətəndaş məsuliyyəti göstərərək layihədə iştirak edilməsi xahiş olunur.
Fəaliyyətə qoşulmaq üçün vətəndaş - 18 yaşdan böyük olmalıdır. Layihəyə qoşulmaq istəyənlər aşağıdakı linkdən keçid alaraq, ərizə formasını doldura bilər. Könüllülər müvafiq avadanlıqlarla təmin ediləcək və xüsusi təlimlərdən keçəcəklər.
Əlavə suallar üçün əlaqə saxlayın:
Marneuli Munisipaliteti merinin müşaviri - Adil Əliyev tel: 599 39 09 34.
Meriyanın Gənclər Şöbəsinin müdiri - Betkil Naveriani tel: 599 62 52 62.
Meriyanın Ictimaiyyətlə Əlaqələr (PR) şöbəsinin müdiri - Mariam Xaçidze tel: 595 18 98 68.