Amiran Qamğrelidze bunun uşaqlar üçün nə qədər təhlükəsiz olduğunu izah etdi
"Bizdə 5-ci sinif də daxil olmaqla yuxarı siniflər üçün maska vacib oldu. Maskadan istifadə dördüncü və daha aşağı sinif şagirdləri üçün də tövsiyə olunur. Bir çox araşdırma mövcuddur və dünyanın ən güclü ictimai səhiyyə qurumlarından biri olan ABŞ Milli Xəstəliklərə Nəzarət Mərkəzinin təlimatı 6 yaşdan kiçik uşaqlara maskadan istifadə etməyə imkan verir və bunun uşağın sağlamlığına mənfi təsiri yoxdur".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.
Amiran Qamğrelidzenin dediyinə görə, həkimin maska istifadəsini tövsiyə etmədiyi xəstəliklərin siyahısı var.
"Uşaqda fərqli xəstəlik varsa, əlbəttə, müəyyən istisna halları var, bunların siyahısı da var. Bu hallarda həkimin göstərişi ilə maskadan imtina etmə imkanı var. Ümumiyyətlə bir çox ölkənin məktəblərində maskadan istifadə məcburidir”- dedi Qamğrelidze.


