Saakaşvili: "Nika Melianı saxlamağa çalışırlar, saxlaya bilməsələr vay onlara!"
"Nika Melianı saxlamağa çalışırlar, vay onların sahiblərinə, əgər saxlaya bilməsələr vay onlara, belə gündədirlər".
InterPress.ge xəbər verir ki, keçmiş prezident Mixeil Saakaşvili, "Birləşmiş Millət Hərəkat"ın sədri Nika Melianın girov ödəməsi ilə bağlı belə cavab verib.
Saakaşvilinin sözlərinə görə, Gürcüstan xalqı Nika Melianın həbsinə icazə verməyəcək.
“Gürcüstan xalqı Nika Melianın həbsinə icazə verməməlidir. Ukraynada Qırğızıstanda, bir vaxtlar Gürcüstanda olduğu kimi, bütün özlərinə hörmət edən millətlər və ölkələr kimi, buna icazə verməməlidirlər. Televizyanı, yutubu açın, kökumətin şiddət göstərdiyi vaxt xalqın özünü necə müdafiə etdiyini göstərəcəyəm. Gürcüstan cəmiyyəti ləyaqətlə doludur. Nika Melia qəhrəman kimi hərəkət edir, amma indi hər gürcü lider olmalıdır və çağırışının zirvəsində olmalıdır. Melianı saxlamağa çalışırlar, vay onların sahiblərinə, əgər saxlaya bilməsələr vay onlara. Belə gündədirlər. Gürcüstan bu döyüşdə qalib gələcək, bu Gürcüstanın düşmənləri ilə döyüşüdür. Bu, işıqla qaranlığın mübarizəsidir, hansı ki, nəticədə işıq qalib gələcək", - dedi Saakaşvili.


