Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstanda qoruyucu maskadan məcburi istifadə müddəti artırılacaq

1,088
Gürcüstanda qoruyucu maskadan məcburi istifadə müddəti artırılacaq
Dinləmək üçün basın

Gürcüstanda açıq və qapalı məkanlarda qoruyucu maskadan məcburi istifadə müddətinin artırılması planlaşdırılır.

Gürcüstanda açıq və qapalı məkanlarda qoruyucu maskadan məcburi istifadə müddətinin artırılması planlaşdırılır.

InterPress.ge xəbər verir ki, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər sabah parlamentin bürosuna təqdim olunacaq.

Qüvvədə olan qanunla qoruyucu maskadan məcburi istifadə müddəti martın 2-dək müəyyən edilib. Müddətin nə vaxtadək uzadılması məsələsi qanun layihəsinin müzakirəsi zamanı dəqiqləşdiriləcək.

Qeyd edək ki, ölkədə ötən ilin noyabrından həm qapalı məkanlarda, həm də açıq havada tibbi maskadan istifadə məcburi olub. Qoruyucu tibbi vasitədən düzgün istifadə qaydalarını pozan fiziki şəxslər 20 lari məbləğində cərimə olunurlar. Bu qayda pozuntusuna təkrar yol verildiyi halda cərimənin məbləğinin 50 lariyədək artırılması nəzərdə tutulur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →