13 
Fev
2021
21:53
1474

Etirazçılar parlament binasına doğru yürüş edirlər

"Gürcü Arzusu" ofisi qarşısında aksiya keçirən mülki fəallar parlament binasına doğru yürüş edirlər.

InterPress.ge xəbər verir ki, etirazçılar parlament binası qarşısındakı çadırlarda gecələməyə hazırlaşırlar.

Xatırladaq ki, vətəndaş fəallarının aksiyası əksəriyyət iclasına paralel olaraq keçirilib. İclasdan sonra, iqtidar komandasının liderləri partiya ofisindən çıxanda etirazçılar “kölə” şüarları səsləndiriblər, bundan sonra polislə vətəndaş fəalları arasında qarşıdurma baş verib. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, iki fəal saxlanılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər