18 
Mar
2020
14:14
2413

Marneulidə koronavirusla bağlı Azərbaycan dilində məlumatlandırıcı vərəqələr paylanılır - FOTO

Marneuli Munisipalitetində, Yeni Koronavirusla (COVID-19) bağlı mövcud tövsiyələr əsasında xüsusi məlumat vərəqləri paylayır.

Bu haqda InterPress.ge-yə Marneuli meriyasından bildirilib.

Bildirilir ki, vərəqlər, bələdiyyənin müvafiq xidmətlərinin iştirakı ilə bələdiyyənin bütün inzibati ərazi vahidlərində paylanır.

Qeyd edək ki, Gürcüstan Hökumətinin qərarına əsasən, milli azlıq nümayəndələri üçün - azərbaycan və erməni dillərində xüsusi məlumatlandırmaq üçün vərəqlər hazırlanıb. Kvemo Kartli bölgəsi üzrə, 16 Mart tarixindən etibarən, Yerli Hakimiyyət nümayəndələri sözü gedən vərəqləri paylamağa başlayıblar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər