13 
Fev
2021
21:03
620

Gürcü Arzusunun mərkəzi ofisinin qarşısında keçirilən aksiyada vəziyyət gərginləşdi

"Dəyişdilər" hərəkatının üzvləri və vətəndaş fəalları, çoxluq üzvlərinin iclasının sona çatdığı "Gürcü Arzusu" ofisinin yaxınlığında aksiya keçirirlər.

InterPress.ge xəbər verir ki, etirazçılar ilə hüquq-mühafizə orqanları arasında qarşıdurma baş verib və polis iki nəfəri saxlayıb.

"Dəyişdilər" hərəkatı üzvlərinin dediklərinə görə, "Gürcü Arzusu"nun üzvlərinin toplaşdıqları hər yerə gedəcəklər.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bir nəfər İnzibati Xətalar Məcəlləsinin 166-cı (xırda xuliqanlıq) və 173-cü (polis məmurunun qanuni tələbinə tabe olmamaq), digəri isə 166-cı maddə ilə saxlanılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər