Nakerala keçidində nəqliyyatın hərəkəti qadağandır.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin, Yollar Departamentindən məlumat verilib.
İdarədən verilən məlumata görə, güclü qar səbəbiylə daxili əhəmiyyətli Kutaisi (Motsameta) -Tkibuli-Ambrolauri yolunun km39-km60 (Nakerala keçidi) hissəsində qoşqu və yarımqoşquların hərəkəti qadağandır, digər nəqliyyat növlərinin hərəkəti isə sərbəstdir.
Məlumata görə, yolun qalan hissəsində nəqliyyatın hərəkəti məhdud deyil.
