12 
Fev
2021
19:54
507

Bazarda çıxan yanğın lokallaşdırıldı

Tbilisidə, Aqladze küçəsində baş verən yanğın lokallaşdırılıb.

InterPress.ge xəbər verir ki, məlumatı Təcili İdarəetmə Xidməti yayır.

Məlumata görə, qəzada xəsarət alan olmayıb.

“Daxili İşlər Nazirliyinin 112 İctimai Təhlükəsizlik İdarəetmə Mərkəzinə, Tbilisinin Aqladze küçəsində güclü tüstü və açıq atəş müşahidə edildiyi barədə məlumat daxil oldu.

Təcili İdarəetmə Xidmətinin ilk cavab qrupları qısa müddətdə hadisəyə reaksiya verdilər. Vəziyyəti qiymətləndirdikdən sonra əlavə yanğın-xilasetmə bölmələri Aqladze küçəsi istiqamətinə yollandı.

İlkin məlumata görə, yanğın tikinti materialları anbarlarına yayılıb.

Bu vaxta qədər 12 yanğın-xilasetmə qrupu yanğın yerinə cəlb edilib. Yanğın lokallaşdırılıb və aktiv ləğv işləri aparılır.

Təcili İdarəetmə Xidmətinə xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Təcili İdarəetmə Xidmətinin rəisi Teimuraz Mğebrişvili, müavini Levan Ğirsiaşvili və Yanğın Xilasetmə İdarəsinin rəisi Davit Suxişvili Aqladze küçəsindədirlər və söndürmə işlərinə rəhbərlik edirlər", - deyilir məlumatda.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər