12 
Fev
2021
15:46
584

Qaxaria: "Nika Melia bir istiqamətdə addım ata bilər, siyasi xuliqanlığa davam edə bilər"

"Nika Melia bir istiqamətdə addım ata bilər, siyasi xuliqanlığa davam edə bilər".

InterPress.ge xəbər verir ki, Baş nazir Qiorqi Qaxaria Nika Melianın işi ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, Nika Melianın hərəkəti populizmdir və dövlət bunda heç bir rol oynamır.

"Bu adi populizmdir. Bunda heç cür dövlətin rolu yoxdur. Bu hüquq-mühafizə sistemidir, bu məhkəmə qərarıdır və burada da seçim konkret bir şəxsin tərəfindədir. O, bir istiqamətdə addım ata bilər, siyasi xuliqanlığa davam edə bilər. Bu, onun seçim məsələsidir. Bunda "Gürcü Arzusu" və ya prokurorluğun nə əlaqəsi var. Bunun heç bir əlaqəsi yoxdur. Bu sadəcə, girov ilə bir insanı sərbəst buraxa bilən və normal, adi həyata davam etməsinə imkan verən tədbirdir. Bu onun qərarıdır. Bu, mənim üçün ucuz, aqressiv ritorika ilə, siyasi xuliqanlıq ilə xal yazdırmaq cəhdidir, başqa bir şey deyil. Bütün bunlar qeyri-ciddidir", - dedi Baş nazir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər