Baş nazir peyvəndlə bağlı ŞAD XƏBƏR VERDİ
"Yaxın günlərdə Gürcüstan keyfiyyətli və Dünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş peyvəndə sahib olacaq".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Qiorqi Qaxaria söyləyib.
O, peyvənd tədarükünün yaxın həftələrdə başlayacağını bildirib.
"Gürcüstanda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənən peyvənd olacaqdır. Peyvənd tədarükü yaxın həftələrdə başlayacaq. Hökümət tərəfindən təsdiqlənmiş milli plana görə peyvənd prosesi hədəf qruplarından başlayacaq. Əsas məqsədimiz ilin sonuna qədər Gürcüstanda əhalinin ən azı 60 faizinin peyvənd edilməsidir. Hər kəs aşılama prosesinin sağlamlıqla yanaşı, vacib iqtisadi əhəmiyyəti olduğunu anlamalıdır. Bu səbəbdən, səmərəli əməkdaşlıq yolu ilə həm beynəlxalq platformalar, həm də birbaşa ikitərəfli əlaqələr və danışıqlar nəticəsində yaxın gələcəkdə Gürcüstanda keyfiyyətli və ÜST tərəfindən təsdiqlənmiş peyvənd olacaq", - dedi Qiorqi Qaxaria.


