Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

Qiorqi Qaxaria: "Şagirdləri təhlükəsizlik və keyfiyyətli təhsillə təmin etmək hökumətin əsas prioritetidir"

527
Qiorqi Qaxaria: "Şagirdləri təhlükəsizlik və keyfiyyətli təhsillə təmin etmək hökumətin əsas prioritetidir"
Dinləmək üçün basın

Gürcüstanın Baş naziri Qiorqi Qaxaria, Ozurqetidə tamamilə yenidən bərpa edilən bir nömrəli dövlət məktəbini və ərazisində mövcud olan Müasir Texnologiyalar və İnnovasiyalar Mərkəzini ziyarət edib.

Gürcüstanın Baş naziri Qiorqi Qaxaria, Ozurqetidə tamamilə yenidən bərpa edilən bir nömrəli dövlət məktəbini və ərazisində mövcud olan Müasir Texnologiyalar və İnnovasiyalar Mərkəzini ziyarət edib.

InterPress.ge xəbər verir ki, bu barədə hökumət administrasiyasından məlumat verilib.

Məlumata görə, layihə çərçivəsində 1000 şagird üçün nəzərdə tutulmuş ictimai dövlət məktəbinin iki binası tamamilə yenidən bərpa edilib, buna müvafiq olaraq, ibtidai və orta məktəb şagirdləri ayrı-ayrı binalarda təhsil alacaqlar. Əlillər üçün uyğunlaşdırılmış binada təlim sahələri, müasir texnologiyalarla təchiz olunmuş laboratoriyalar, kitabxana, yeməkxana, akt zalı və idman zalları təşkil edilmişdir.

Müasir Texnologiyalar və İnnovasiya Mərkəzinə gəldikdə, birmərtəbəli binadakı otaqlar panoramik mənzərələrlərlə dizayn edilmişdir. Bina konfrans zalı, həm qapalı, həm də açıq sahələri, tədris və kompüter otaqları, texniki otaqları, mini fabrik laboratoriyası və abadlaşdırılmış daxili həyəti əhatə edir. Baş nazir məktəb ərazisində innovasiya mərkəzinin yaradılmasının yerli gənclərin təhsillə birlikdə asudə vaxtlarından səmərəli istifadə etmələrinə və müasir texnologiyalara yiyələnmələrinə imkan yaradacağını qeyd edib.

Baş nazir məktəbin müəllim və şagirdləri ilə görüşdə həm şagirdlərin, həm də müəllimlərin sağlamlığını maksimum dərəcədə qorumaq üçün tədris prosesinin təhlükəsizlik normalarına və tövsiyələrinə tam əməl olunmasının vacibliyini vurğulayıb. Bu məqsədlə Səhiyyə Nazirliyi ilə hazırlanmış protokolda müəllimlərin və məktəb inzibati işçilərinin ən azı 20% -i hər 2 həftədə bir məcburi testdən keçirilir. Baş nazir qeyd edib ki, şagirdlərin təhlükəsizliyini qorumaq və eyni zamanda onları keyfiyyətli təhsillə təmin etmək Gürcüstan hökumətinin əsas prioritetidir.

Təhsil və təhsil infrastrukturunun bərpası Gürcüstan hökuməti üçün prioritetdir. Son iki il ərzində Quriada 3, Lançxutidə 1 və Çoxatauridə 2 yeni dövlət məktəbi tikildi. 4 yeni dövlət məktəbinin inşası davam edir. 16 dövlət məktəbi bərpa edildi, 9 məktəb binası bərpa olunur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →