İnternet üzərindən narkotik maddə satan şəxs saxlanıldı
Daxili İşlər Nazirliyinin Acarıstan Polis İdarəsinin Bölgə Müfəttişləri və Dedektivləri Bölmələrinin əməkdaşları 1990-cı il təvəllüdlü A.K.-nı narkotik cinayətinə görə saxladı.
InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi bu barədə məlumat yayır.
İdarədən bildirilən məlumata görə, A.K., xüsusilə çox miqdarda narkotik maddənin qanunsuz alqı-satqısında ittiham olunur.
“İstintaq çərçivəsində, hakimin qərarı əsasında həyata keçirilmiş gizli əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxsin internetdə narkotik satma sxemində iştirak etdiyi müəyyənləşdi. Xüsusilə, internet tətbiqetmələri və sosial şəbəkələr vasitəsi ilə narkotik vasitələrinin daha çox satışı üçün Batumidə müxtəlif yerlərə narkotik yerləşdirdirirdi və bu yerləri videoya çəkirdi.
Təqsirləndirilən şəxsin Batumidəki evində və müvəqqəti yaşayış yerində axtarış aparılarkən, həmçinin istintaq eksperimenti zamanı hüquq-mühafizə orqanları satışa hazırlanan, 7 paket narkotik maddə "eroin" və kiçik tərəzi ələ keçirdi.
Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin A bəndinə əsasən istintaq aparılır. Cinayət 20 ilə qədər həbs və ya ömürlük həbs cəzası nəzərdə tutur”, - deyilir məlumatda.


